GTA 6-nın İkinci Təqdimat Videosu Nümayiş Olundu

Rockstar Games, uzun gözləntilərdən sonra GTA 6-nın ikinci rəsmi videosunu nümayiş etdi. Bu dəfə oyunçulara təqdim olunan görüntülər təkcə qrafika ilə deyil, həm də süjetin detalları ilə diqqət çəkdi.


👥 Lucia və Jason: Əsas obrazlar

Videoda qadın baş qəhrəman Lucianın həbsdən çıxması ilə başlayır. Daha sonra onun Jason ilə birlikdə Vice City və ətrafında necə “həyatlarını qurmağa” çalışdıqları göstərilir. Söhbət qanunsuz yollarla qazancdan gedir. Bu iki obrazın münasibəti və oyun boyunca birlikdə etdikləri süjetinin əsasını təşkil edir.


🌴 Leonida: Florida havası GTA aləmində

Fragmanda hadisələrin baş verdiyi Leonida adlı bölgə təqdim olunur. Burada Vice City, Port Gellhorn, Leonida Keys, Grassrivers və digər yerlər göstərilir. Hər bir məkan Florida ştatından ilhamlanaraq dizayn olunub və bu, oyuna rəng qatır.


🎵 Musiqi seçimi və atmosfer

Fragmana The Pointer Sisters – Hot Together mahnısı müşayiət edir. Musiqi vizual səhnələrlə uyğunlaşaraq GTA dünyasına klassik “neon” atmosferini qaytarır.


🗓️ Çıxış tarixi

İlk planlaşdırılmış tarix 2025 idi. Lakin Rockstar-ın son açıqlamasına görə, oyun 26 may 2026 tarixində çıxacaq. Əvvəlcə PS5 və Xbox Series X/S üçün təqdim ediləcək. PC versiyası haqqında hələlik dəqiq məlumat yoxdur.

İkinci təqdimat videosu sizi qane etdi? Fikirlərinizi bizimlə bölüşün – şərhlərdə gözləyirik!

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Scroll to Top