
Oyun dünyasının həyəcanla gözlədiyi GTA 6 bu payızda çıxmağa hazırlaşır. Lakin oyunçuların ağlında bir sual var: GTA 6 çıxdıqdan sonra GTA Online fəaliyyətini davam etdirəcəkmi?
Take-Two Interactive şirkətinin baş icraçı direktoru Strauss Zelnick, bu mövzuda açıqlama verib. IGN-ə danışan Zelnick, dəqiq məlumat verməsə də, GTA Online-ın dərhal bağlanmayacağını işarə edib. O bildirib: “Hələ rəsmi bir açıqlama etməmişik, amma ümumiyyətlə, oyunçular bir oyuna maraq göstərdikdə, biz də həmin oyunu dəstəkləməyə davam edirik.”
Zelnick, Çində 2012-ci ildə çıxan NBA 2K Online və 2017-ci ildə təqdim edilən NBA 2K Online 2 oyunlarının hələ də aktiv olduğunu qeyd edərək, oyunçuların marağı davam etdikcə, köhnə oyunları dəstəkləməyə hazır olduqlarını vurğulayıb.
Bu açıqlama, GTA Online-ın GTA 6 çıxdıqdan sonra da fəaliyyətini davam etdirəcəyinə işarə edir.
Sizcə, GTA 6 çıxdıqdan sonra GTA Online necə təsirlənəcək? Fikirlərinizi bizimlə bölüşün!