20
view-button 4.5K
SAMI - San Andreas Mod Installer

Yazı haqqında xəbər ver

Əgər yazıda qeyri etik və ya təhqir xarakerli sözlər varsa bizə xəbər verməyiniz rica olunur.

SAMI - San Andreas Mod Installer

elvinhuseynov

Əziz GTA: San Andreas sevərləri! Bu gün sizlərlə GTA San Andreas tarixində yaradılmış ən yaxşı və rahat Mod quraşdırma proqramı olan SAMİ ilə tanış edəcəm. Bu proqramın köməkliyi ilə, siz oyunda maşından tutmu bütün detallara kimi rahatlıqla dəyişə bilərsiniz.

İlk öncə aşağıdakı linklə keçərək proqramı yükləyin:

GTA SA Mod İnstaller

Gəlin proqramın komputerə necə quraşdırıldığını şəkillərlə izləyək.

Proqram komputerə aşağıdakı kimi çox asanlıqla quraşdırılır. Əksər proqramlar kimi SAMİ-nidə Next düymələrini sıxaraq quraşdırırıq:

Proqramı komputerə uğurla quraşdırdıqdan sonra İş stolunda yaranmış keçidə iki dəfə klik edib proqram pəncərəsini açaq:

Burada 2 əsas düymələr vardır: 1-ci İnstall a Mod (Modun oyuna quraşdırılması) və 2-ci Uninstall a Mod (artıq quraşdırılmış modun oyundan silinməsi).

İlk öncə gəlin İnstall a Mod funksiyasını başa salım. Klik edib keçirik növbəti pəncərəyə:

Bu səhifədə bizdən Gta San Andreas oyunun kompuerdə quraşdırıldığı qovluğu seçməyi tələb edən birinci sətrə diqqət yetiririk. Əgər oyun standart olaraq C diskində Program Files qovluğuna quraşdırılbsa, o zaman proqram özü standart olaraq həmən qovluğu seçəcək. Əgər siz digər diskə və ya qovluğa  GTA-nı quraşdırmısınızsa, o zaman Browse düyməsini sıxaraq oyun qovluğunu seçin.

Aşağıdakı sətrdə (Mod Location) bizdən Mod faylın harad yerləşdiyini və onun arxiv faylda və ya qovluqda olduğunu seçimini təklif edir.

Mən misal üçün sizlərə BMW 520i (e60) avtomobilin SAMİ ilə necə quraşdırıldığını göstərəcəm.

BMW 520i (e60) Mod faylını yüklə

Avtomobil Modunu yükəyin və iş stoluna köçürün. Arxivdən çıxartmağa ehtiyac yoxdur. Browse düyməsinə klik edib faylı seçin:

Faylı seçdikdən sonra Continue düyməsini sıxırıq.

Bu səhifədə heçnəyə toxunmuruq. Proqram bizə oyunda hansı avtomobilin dəyidirildiyini, onun oyun üzrə xassələrini bildirir. Continue sıxıb davam edək.

Bu səhifədə sizdən dəyidirilən avtomobilin rezerv kopyasına verilən adın seçilməsi olacaqdır. Burada mütləq aşağıdakı siyahıda proqramın özü qaraladığı sözü yüxarıdakı boş sətrə yazmalıyıq: məsələn əgər aşağıda Stratum yazılıbsa, o zaman sizdə yuxarıya Stratum yazmalısınız. İnstall düyməsini sıxıb yeni maşını oyuna əlavə edək.

Əgər sonda bu pəncərəni görürsünüzsə, o zaman modun oyuna uğurla əlavə edildiyini tam əmin ola bilərsiniz. Exit sıxıb çıxa bilər, Play San Andreas düyməsini sıxıb oyunu başlada bilərsiniz.

Əgər quraşdırdığımız Mod oyunu dondursa o zaman...

Bunuda SAMİ-nin köməyi ilə rahatlıqla edə bilərik. Bunun üçün proqrama daxil oluruq və Uninstall a Mod düyməsinə sıxıb belə bir səhifəni görünəcəkdir:

Aşağıdakı siyahıda bizim son dəfə dəyidirdiyimiz avtomobilin adı çıxdı. Əgər onu silmək istəyiriksə üstünə klik edib, Uninstall düyməsini sıxaraq Avtomobili silib, əvvəlki versiyasını qaytarırıq. Balaca xəbərdarlıq pəncərəsində Yes düyməsini sıxmağı unutmuruq.

Hamınıza uğurlar!

Elvin Huseynov

Azərbaycan GTA Fan Club-u https://t.me/gtaazerbaijan

Rəylər

2 comments
1599344262
@1599344262 20.03.2021 23:48
Qəşəng
1368804003
@1368804003 05.06.2021 19:37
Azərbaycanda həyatımda gördüyüm ən gözəl internet oyun saytıdır.Gələcəyiniz umarım çox parlaq olar!Sayğılar Əli.
Rəy yazmaq üçün lütfən sayta Telegram hesabınızla daxil olun.