2
view-button 1.4K
GTA San Andreas-da CLEO skriptlər

Yazı haqqında xəbər ver

Əgər yazıda qeyri etik və ya təhqir xarakerli sözlər varsa bizə xəbər verməyiniz rica olunur.

GTA San Andreas-da CLEO skriptlər

elvinhuseynov

Salam Dostlar!

Bü gün sizlərə CLEO sktiptləri haqqında danışacam. İlk öncə Cleo-nun nə olduğunu anlayaq:

CLEO skripti Rockstar Games şirkətinin GTA oyunun müxtəlif versiyaları üçün (San Andreas, GTA 3, Vice City) yaradılmış hazır fayllardır. Oyunda müxtəlif hadisələr baş verdiyi üçün konkret bir sujeti tutmaq olmur. Odur ki, bu skriptlər bütün prosesi üçün bir yazılıb: məsələn "pultnan" maşının qapısını açmaq, avtopilot, avariya zamanı maşının ön şüşəsindən tullanmaq, avtomobilin real həyatdakı kimi idarə etmək və s.

CLEO skriptləri  Sanny Builder adlı bir proqramın köməyi ilə hazırlanır və fayllar .cs formatında olur. Bücür skirptləri ürəyi istəyən hər kəs yarada bilər və milyonlarla GTA fanatları arasında öz sənət əsərini paylaşa bilər.

Biz bugün yeni skript yaratmayacayıq, amma hazır və ən çox istifadə olunan bir neçə skiptlə sizləri tanış edəcəyik.

CLEO ana tədbiqinin yüklənilməsi

Tədbiq avtomatik olaraq oyun üçün hazır bazasını yaradır və skriptlərin oyun zamanı işlədilməsinə köməklik edir. Tədbiqsiz heç bir skript işləməyəcəkdir!

CLEO4 faylını endirin

  1. Tədbiqin instalyator versiyasını yükləyin.
  2. Tədbiq arxiv fayldadır. Arxivin icindeki .exe faylın üzərinə klik edin. Sonra oyunun quraşdırılmış qovluğu seçib İnstall düyməsini sıxırıq.

İndi isə Cleo Skriptlərdən bir neçəsi:

  1.  Rear Light Mod - Maşını arxaya verərkən arxa işıqların yanması

  • Həcmi: 7 Kb
  • Müəllif: Izerlifile
  • Faylı yüklə: REAR_LIGHT

Quraşdırılması: REAR_LIGHT.cs faylını arxivdən çıxardın və GTA San Andreas qovluğunda cleo qovluğunun içinə kopyalıyın

  1. CarNumpad - Maşının içərisindən görünüş

İdarə edilmə üçün düymələr:

  • Shift və ya 0 - Yandırmaq/Söndürmək.
  • 8 - Kameranı qabağa çevirmək.
  • 5 - Kameranı geriyə çevirmək.
  • 7 - Kameranı yuxarı qaldırmaq.
  • 9 - Kameranı aşağı salmaq.
  • 4 - Kameranı sola döndərmək.
  • 6 - Kameranı sağa döndərmək.
  • Q - Sola baxmaq.
  • E - Sağa baxmaq.
  • 2 - Normal kameraya qayıtmaq.

Quraşdırılması: Personalized FPD 3.3 - Numpad.cs faylını arxivdən çıxardın və GTA San Andreas qovluğunda cleo qovluğunun içinə kopyalayın.

3. Car Control - Avtomobilin tam İdarə olunması

  • Həcmi: 53Kb
  • Müəllif: VIK
  • Faylı yüklə: Car_Control

Ümumi işlək düymələr:

  • U - Qabaq sol qapını açmaq;
  • R - Sağ qabaq qapını açmaq;
  • J - Arxa sol qapını açmaq;
  • K - Arxa sağ qapını açmaq;
  • 8 - Kapotu açmaq;
  • М - "Baqajniki" açmaq;
  • O - Bütün qapıları və o cümlədən kapotu və baqajniki bağlamaq;
  • P - Motoru işə salmaq;
  • L - Maşını söndürmək;
  • 0 (avtomobilin içərisində olarkən) - qapıların kilidlərin açılması/bağlanması;
  • 7 - Qabaq işıqların yandırılması;
  • 9 - İşıqların söndürülməsi;
  • Z - Avto Pilot funksiyasını yandırmaq;
  • N - Avto Pilotun yenilənməsi;
  • 0 (maşından qıraqda) - mərkəzi qapanma sistemini işə salmaq (avtomobilinizi heçkim oğurlaya bilməyəcək);
  • , - Qidravlikanın qoşulması (maşın təkərdən qalxacaq).

Quraşdırılması:

  1. Faylı yükləyin və arxivdən açın.
  2. Arxivin işərisindəki GxtHook.cleo və VIKs Advanced Car Control 2.cs fayllarını Gta San Andreas oyunun qovluğunun içərisindəki cleo qovluğunun içərisinə kopyalayın.
  3. Arxivdə olan VIK's Advanced Car Control 2.fxt faylını isə cleo qovluğunun içərisində olan cleo_text qovluğunun içərisinə kopyalayın. Vəssəlam!

Elvin Huseynov

Azərbaycan GTA Fan Club-u https://t.me/gtaazerbaijan

Rəylər

1 comments
elvinhuseynov
@elvinhuseynov 11.03.2021 19:46
Məncə kleonu işlədən çox az adam tapılar ki Azərbaycanda bilsin.
Rəy yazmaq üçün lütfən sayta Telegram hesabınızla daxil olun.