1
view-button 687
GTA San Andreas üçün bəzi sirlər

Yazı haqqında xəbər ver

Əgər yazıda qeyri etik və ya təhqir xarakerli sözlər varsa bizə xəbər verməyiniz rica olunur.

GTA San Andreas üçün bəzi sirlər

elvinhuseynov

GTA San Andreas oyunu dövrümüzün ən populyar oyunu kimi yadda qalıbdır. Bəs bu əfsanəvi oyundan bəzi sirləri öyrənmək istərdinizmi?

50% kimi canın daha da coxalması üçün:

Ambulance maşınında 12-ci missiyaya kimi çalışın və adamları xilas edin.

Oda qarşı davamlılıq qazanmaq üçün:

Eyni ilə od söndürən avtomobildə 12 missiyay kimi oynayın və sizə od təsir etməyəcək.

BF Injection avtomobilini sürə bilmək:

Las-Venturas stadionunda Dirt Ring yarışmasında birinci olun ki maşının kilidi açılsın

Super GT avtomobilini blokdan çıxarmaq:

Sürücülük məktəbində bütün bürünc medalları qazanmaq lazımdı.

Dune Buggy maşının blokadan çıxarmaq:

Las-Venturas stadionunda rekord vuraraq 25 xalı qazana bilmək lazımdır.

NRG 500 motosikləti blokdan çıxarmaq:

Motosiklet məktəbini uğurla bitirərək bütün yarışları qızıl medal ilə bitirmək lazımdır. Amma siz məktəbi keçmədən də onu asanlıqla tapa bilərsiniz. Beləki, qəhramanın evinin yaxınlığında dayanacaqda saat 1-dən sonra qaqaş həmən motosiklet ilə orada parkinq edir.

Sutener missiyasının aktivləşdirilməsi (+18):

BROADWAY(Бродвей) adlı avtomobili tapın və oturan kimi [+] düuməsini sıxın. Siz həmən maşınlar ilə fahişələri müştərilərin yanına aparmalısınız. 10-cu gedişdən sonra fahişələr özləri sizə pul verəcəkdir. Bu missiya çətin deyil, lakin şəhərdə olduqca çox maşın sürməli olacaqsınız.

Hotknife maşınını blokdan çıxartmaq:

Sürücülük məktəbini yalnız qızıl medallar ilə bitirin.

Rustler-i qazanmaq:

Pilot məktəbini bürünc medallar ilə bitirmək.

Freeway motosikleti:

Motosiklet məktəbini bürünc medallar ilə bitirmək.

Polis tutanda belə bütün sialhları və bir az pulu itirməmək:

Katty ilə tanış olun.

Evdə həmişə silahlar olsun deyə: 

Los-Santos rayonunda 100 ədəd qraffiti rəngləyin. Boya balonunu LXGIWYL kodu yığaraq əldə etmək olar.

Asan pul qazanmaq:

Maşında olarkən [N] düyməsinə basın və ya sıxın. (1dəfə "N"=1000$)

Udarlar vaxtı maşın heç vaxt xarab olmur:

İstənilən maşını şəhərdə saxlayın, ona oturmadan yanında JCNRUAD və BSXSGGC kodlarını yığın, sonra həmən maşına oturun və yenidən JCNRUAD və BSXSGGC kodlarını yığın. Vəssalam! Çağırın polisləri və başlayın oyunda onlarla atışmaya. Avtomobilinizə heçnə olmayacaq!

💬 Şərh yazmağı və ❤️ bəyənməyi unutmuruq

Elvin Huseynov

Azərbaycan GTA Fan Club-u https://t.me/gtaazerbaijan

Rəylər

0 comments
Rəy yazan olmayıb
Rəy yazmaq üçün lütfən sayta Telegram hesabınızla daxil olun.