7
view-button 2.4K
GTA San Andreas oyunun 9 ən yaxşı modu

Yazı haqqında xəbər ver

Əgər yazıda qeyri etik və ya təhqir xarakerli sözlər varsa bizə xəbər verməyiniz rica olunur.

GTA San Andreas oyunun 9 ən yaxşı modu

elvinhuseynov

Dostlar GTA San Andreas oyunu haqqında nəqəd danışsanda yazsanda bitmir ki bitmir. Bu məqaləmizdə sizə bu oyuna quraşdıracağınız 9 ən yaxşı modları təqdim etmək istərdim. Modlar oyuna müxtəlif yeni detallar və ən başlıcasıda oyunu tam fərqli üsullarla oynamağı təklif edir.

Portal Silahı Modu

Bu mod sizə xüsusi silah verir. Bu silahın köməyi ilə siz bir ərazidən digərinə istənilən obyektləri köçürə bilrəsiniz.

Quraşdırılması:

Arxivdəki hər iki faylı çıxardın və .exe olanın üzərinə klik edin. Əmin olun ki, oyunun quraşdırıldığı yer düzgün göstərilmişdir. Sonra da İnstall düyməsini sıxırıq.

Yükləmə faylı: Portal Gun Faylı

Vizual Maşın seçimi

Bu modun köməyi ilə oyun zamanı bir toxunuşda istənilən avtomobili kod yığmadan çağıra bilərsiniz.

Quraşdırılması:

Arxivdəki hər iki faylı çıxardın və .exe olanın üzərinə klik edin. Əmin olun ki, oyunun quraşdırıldığı yer düzgün göstərilmişdir. Sonra da İnstall düyməsini sıxırıq.

Yükləmə faylı: Vehicle Spawner

Diyircəkli taxta

Hərhalda bu skateboard dan hamımız heç olmasa bir dəfə istifadə etmişik yada gormüşük. Gta San Andreasda bundan istifadə etmək mümkündür.

Yükləmə faylı: SkateBoard

Kamandan oxatma

Bu sialah susmuş halda GTA-da olmur. Lakin opyunun fanatları silahların siyahısına kamanda salmağı başarmışlar. Ura! Çox maraqlı görsənir.

Yükləmə faylı: Oxatan

Elastik qüvvə

Maşınları maqnit kimi özündən aralıya tullayan bir moddur. Çıxın tras yoluna və modu quraşdırandan sonra yolun əks istiqaməti üzrə maşını sürərkən N düyməsini sıxın.

Yükləmə faylı: forcedfield.zip

Kabus Sürücü

Hər halda eyni adlı filmə hamımız baxmışıq. Çox gözəl və qeyri adi moddur. Qeyimi və motorunda başqa qəhrəmana alov ilə bağlı müxtəlif silahlarda verilir.

Yükləmə faylı: Ghost Rider

Əsas personajı dəyişmək

Bu mod ilə istənilən personaji əsas qəhrəman kimi oynamaq olur.

Yükləmə faylı: Personaj Dəyişmək

Carmageddon

Şəhərdə baş verən hadisələr sizi heyrətləndirəcək. Maşınlar insanlara sizə və başqa obyektlərə dəyəcək. Bir sözlə şəhər cəhənnəmə çevriləcək.

Quraşdırılması

  1. GTA San Andreas oyunun quraşdırılmış qovluğunu açın.
  2. DATA adlı qovluğu tapın və içərisiniə daxil olun.
  3. DATA qovluğun içindəki handling.cfg faylını başqa bir yerə kopyalayın.
  4. Yüklədiyiniz yeni handling.cfg faylı köhnəsi ilə əvəz edin.
  5. Oyuna daxil olun və həzz alın

Əvvəlki vəziyyətə qaytarmaq üçün başqa yerə kopyaladığınız handling.cfg faylını öz yerinə qaytarın.

Yükləmə faylı: Carmageddon.zip 

Sunami

Bu modda olarkən anidən Sunami qalxar və bütün şəhəri su basar. Çox qorxuludu. Nə zaman bəlanın gəlməyindən xəbərin olmaz.

Yükləmə faylı: tsunami.zip

Elvin Huseynov

Azərbaycan GTA Fan Club-u https://t.me/gtaazerbaijan

Rəylər

0 comments
Rəy yazan olmayıb
Rəy yazmaq üçün lütfən sayta Telegram hesabınızla daxil olun.