7
view-button 1.5K
GTA San Adreas oyununa avtomobil əlavə edilməsi

Yazı haqqında xəbər ver

Əgər yazıda qeyri etik və ya təhqir xarakerli sözlər varsa bizə xəbər verməyiniz rica olunur.

GTA San Adreas oyununa avtomobil əlavə edilməsi

elvinhuseynov

Uzun müddətdir ki mən GTA fanatlarından müxtəlif məktublar alıram. Əksər oyunçunlar avtomobillərin dəyişdirilməsi müxtəlif modların əlavə edilməsi haqqında məqalələrin dərc olunmasını xahiş edirlər.

Bu gün onları sevindirərək, ilk dəfə olaraq gta.az-da öz doğma azərbaycan dilimizdə sizlər üçün tərcümə edirəm. Fikirlərinizi həmişəki kimi şərh kimi gözləyirəm.

Proqram rus dilində olduğu üçün və azəri tərcüməsi olmadığına görə vizual olaraq yadda saxlayın.

Proqramı siz bu linkdən yükləyə bilərsiniz.

GTA: San Andreas Vehicle Installer proqramını açırıq.

Oyunun yerləşdiyi qovluğu tapmaq üçün "обзор"  düyməsinə klik edin və GTA San Andreas qovluğunu seçin.

Növbəti mərhələ isə sizin avtomobil seçmənizdir. İnternetdən yüklədiyiniz avtomobili (adətən arxiv faylında olur) komputerinizdə arxivdən açın və  "обзор" düyməsinə klik edərək əlavə etmək istədiyiniz avtomobilin qovluğunu seçin.

Demək olar ki bütün lazımi mərhələləri keçdik. Proqram avtomatik olaraq özü avtomobilin bütün ayarlarını sazlamışdırş.

Bizə qalan sonuncu addım  "Установить транспорт" düyməsinə klik etməmizdir.  Avtomobil artıq oyundadır!

Elvin Huseynov

Azərbaycan GTA Fan Club-u https://t.me/gtaazerbaijan

Rəylər

0 comments
Rəy yazan olmayıb
Rəy yazmaq üçün lütfən sayta Telegram hesabınızla daxil olun.