
🎮 GTA VI yenə gecikir – Rockstar açıqlama verdi
Dünyanın ən çox gözlənilən oyunlarından biri olan Grand Theft Auto VI, yenə də təxirə salındı. Rockstar Games bildirib ki, bu qərar oyunun daha mükəmməl olması üçün verilib.
📅 Yeni tarix
Əvvəlcə oyun 2026-cı ilin may ayında çıxmalı idi, amma indi 19 noyabr 2026 tarixinə keçib. Şirkət deyir ki, əlavə vaxt lazımdır ki, “oyunçuların gözlədiyi səviyyədə təcrübə təqdim edək.”
Yəni qısası: “Tələsən şey keyfiyyətli olmur.”

🌴 Yeni Vice City
GTA VI-da hadisələr müasir Vice City və “Leonida” adlı yeni bölgədə baş verəcək. Şəhər daha canlı olacaq – küçələrdə hər şey reala yaxın şəkildə dəyişəcək. Hətta hava, vaxt və insanların davranışı belə oyuna təsir edəcək.
💬 Oyunsevərlərin reaksiyası
Dünya üzrə milyonlarla GTA fanatı bu xəbəri birmənalı qarşılamayıb.
Bəziləri yazır ki, “gözləməyə dəyər”, digərləri isə artıq səbrinin tükəndiyini deyir.
Amma bir həqiqət var: Rockstar oyunlarını gec çıxarır, amma həmişə yüksək səviyyədə təqdim edir.
🔥 GTA.AZ-ın fikri
Bizcə, bu gecikmə pis xəbər kimi görünsə də, əslində oyunun keyfiyyətinə diqqətin göstəricisidir. GTA VI həm də oyun dünaysında yeni dövrün başlanğıcı olacaq.